Berti Foqts Albaniya milli komandasını çalışdıra bilər
10.11.2011 - 19:04
Sabah Azərbaycan milli komandası ilə yoldaşlı oyunu keçirəcək Albaniya yığması baş məşqçi tapmaq problemini həll edə bilmir. Apasport.az saytının məlumatına görə, almaniyalı Lorens Günter Kostner də rəqibimizin yeni baş məşqçisi olmaqdan imtina edib.
Bundan sonra Albaniya Futbol Federasiyası ölkənin əsas yığmasını çalışdırmağa namizədlərin yeni siyahısını açıqlayıb. Siyahıda maraqlı məqam millimizin baş məşqçisi Berti Foqtsun da namizədlər arasında yer almağıdır. Albaniyalılar öz ayağı ilə Tiranaya gələn məşhur mütəxəssisi buraxmaq istəmir. Onlar müqaviləsi bu ilin sonunda başa çatacaq 65 yaşlı çalışdırıcıya 4 illik müqavilə təklif etmək niyyətindədir.
Foqtsla yanaşı albaniyalıların siyahısında Sven Yoran Eriksson, Xavyer Klemente, Matyaj Kek və Niko Krançar da yer alıb.
Qeyd edək ki, millimizlə oyunda Albaniya yığmasını matça baş məşqçi postundan qovulan Yosip Kujenin köməkçisi Camal Mustedanagiç çıxaracaq.

0
0