Estoniya və Türkiyə üçün Avro-2012 arzusuna erkən vida - YENİLƏNİB
12.11.2011 - 01:38
Avro-2012-in pley-off mərhələsinin ilk oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, FİFA-nın təqvimində rəsmi oyun günlərində - 4 gündə keçiriləcək 8 oyunla final mərhələsinin son 4 iştirakçısı müəyyənləşəcək. Bu matçların yarısı 11-ci ayın 11-ci günündə, 2011-ci ildə keçirilməklə diqqət çəkib.
Təbii ki, futbolsevərlərimizin əsas diqqət mərkəzində Türkiyə yığmasının oyunları olacaqdı. Lakin İstanbulda keçirilən ilk oyundan sonra cavab matçına ümidlər demək olar ki, qalmayıb. Belə ki, Xorvatiya yığması türkiyəli futbolçulara əsl dərs keçib – 3:0.
İnamlı qələbə qazanan Çexiya da cavab oyununa şanslı çıxacaq. Hər halda bütün favoritinin 2 top fərqli qələbəsi cavab oyununda kifayət etməlidir. Portuqaliya isə Bosniya və Herseqovinanın müqavimətini qıra bilməyib. Pley-offun ən zəifi sayılan Estoniya isə İrlandiya qarşısında aciz qalıb. 2 futbolçusu qırmızı vərəqə alan meydan sahibləri Türkiyə kimi böyük hesaba uduzublar.
11 noyabr
Bosniya və Herseqovina - Portuqaliya - 0:0
Türkiyə - Xorvatiya - 0:3
Oliç, 3, Mandzukiç, 33, Çorluka, 51
Çexiya – Çernoqoriya - 2:0
Pilar, 63, Suvok, 90
Estoniya - İrlandiya - 0:4
Endryu, 13, Valter, 67, Kin, 71, 88-p.

0
0