Rəşad Abdullayev: Çalışacağam ki, bir daha belə hadisə baş verməsin
10.11.2011 - 18:36
“Qərara hörmətlə yanaşıram. Əlbəttə, bu cür halların baş verməsinə təəssüflənirəm”. Apasport.az-ın məlumatına görə, bunu “Neftçi”nin futbolçusu Rəşad Abdullayev deyib.
Yarımmüdafiəçi klubunun rəsmi saytına özü ilə bağlı AFFA-nın İntizam Komitəsinin açıqladığı qərara münasibət bildirib: “Məni tanıyanlar da bilir ki, qəsdən belə hərəkətlər etmərəm, futbolda bu cür hallar olur. Çalışacağam ki, bir daha belə hadisə baş verməsin. Bilirsiniz ki, hal-hazırda əla formadayam və çempionatdakı fasiləni nəzərə alsaq, 4 oyunluq diskvalifikasiya da məni haradasa 1 aydan çox futboldan ayrı salır. Futbolçu formamı itirməmək üçün bu cəzanın yüngülləşdirilməsi yaxşı olardı. Ona görə də AFFA-dan və klubumuzdan cəzaların yüngülləşdirilməsini xahiş edəcəm. Çünki bir çox futbolçu cəzalandırıldıqdan sonra məsələyə baxılıb və cəzaları yüngülləşdirilib. Mən də öz tərəfimdən buna ümid edirəm”.
Qeyd edək ki, AFFA-nın İntizam Komitəsinin qərarına görə Abdullayev Premyer Liqanın XII turunun “Xəzər Lənkəran”la oyununun 8-ci dəqiqəsində rəqib komandanın üzvünə qarşı aqressiv hərəkət etdiyi üçün 4 oyunluq diskvalifikasiya edilib. O, bu qərardan öncə isə “Neftçi”nin daxili intizam kodeksinə uyğun olaraq cəzalandırmışdı.

0
0