Milli komandamızın rəqibi İspaniya, İngiltərə, Fransa ilə görüşmək istəyir
11.11.2011 - 10:02
Azərbaycan milli komandasının DÇ-2014-ün seçmə mərhələsində bir qrupda yer aldığı Rusiya yığması güclü rəqiblərlə görüşmək istəyir. Apasport.az saytının məlumatına görə, Rusiya Futbol İttifaqının prezidenti Sergey Fursenko jurnalistlərə açıqlamasında İspaniya, İngiltərə, Fransa yığmaları ilə yoldaşlıq görüşü keçirmək variantlarının olduğunu bildirib. Onun sözlərinə görə, belə aparıcı yığmalarla oyunların baş tutmağı bizimkilərin də bu ayın sonunda yığışacağı Lüksemburqda təqvimin müzakirəsindən də asılıdır: “Biz bu ölkələrin federasiyaları ilə milli komandanın 2014-cü il dünya çempionatına qədər təqvimin müəyyənləşməyi məqsədi ilə danışıqlar aparırıq. Bu görüşləri harada - evdə, yoxsa səfərdə keçirəcəyimizi demək hələ çətindir. Hər şey necə razılıq əldə edə biləcəyimizdən asılıdır. Ancaq qeyd edim ki, bizim güclü rəqiblərlə oynamaq istəyimiz var. Bax, yaxın vaxtda İspaniya Futbol Federasiyası ilə müştərək fəaliyyətlə bağlı müqavilə bağlamağı planlaşdırırıq. Bu sənəd həmçinin yoldaşlıq görüşlərini nəzərdə tutur”.
0
0