Azərbaycanda keçiriləcək dünya çempionatının 2 iştirakçısı müəyyənləşib
11.11.2011 - 11:11
Gələn il Azərbaycanda keçiriləcək futbol üzrə 17 yaşadək qızlar arasında dünya çempionatının iştirakçılarından 2-nin adı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, meydan sahibi kimi mundiala qatılacaq Azərbaycan yığmasının ardından ilk 2 vəsiqə Yaponiya və KXDR yığmalarına nəsib olub.
Belə ki, bütün oyunları Bakıda təşkil olunacaq dünya çempionatına seçmə xarakteri daşıyan 16 yaşadək qızlar arasında Asiya çempionatının final mərhələsinin 2 mükafatçısı müəyyənləşib. 6 komandanın iştirakı ilə dairəvi sistemlə oynanılan qitə birinciliyinin 4-cü turundan sonra Yaponiya və KXDR yarışı mükafatla bitirəcəyini təmin edib. Dünya çempionatının əsasnaməsinə uyğun olaraq Asiyaya 3 yer verildiyindən hər 2 komanda Azərbaycan-2012-yə də vəsiqə qazanıb.
Məsələ ondadır ki, 4 turda 4 qələbə qazanan Yaponiya sonuncu turun oyunlarından asılı olmayaraq Asiya çempionu olublar. Hesabında 9 xal olan KXDR yığması isə gümüş medalları təmin edib. Onlar son turda üz-üzə gələcək və 6 xalı olan Çin və Cənubi Koreya yığmalarının hər ikisinə qalib gəldiyindən 2-ci yeri heç kimə verməyəcək. Meydan sahibləri Çin yığması ilə son dünya çempionu Cənubi Koreyanın duelində isə həm bürünc medalların, həm də Bakıya son vəsiqənin sahibi bilinəcək. Bu görüşdə Çini heç-heçə də qane edir. Sonuncu turun oyunları noyabrın 13-də baş tutacaq. Mundiala vəsiqə qazananlar Yaponiya və KXDR yarışın autsayderləri ilə müvafiq olaraq Avstraliya və Tailandla qarşılaşacaq.
Qeyd edək ki, sayca 3-cü dünya çempionatına vəsiqə qazanan Yaponiya millisi son mundialın gümüş mükafatçısıdır. KXDR isə 2008-ci ildə ilk dünya çempionu titulunu qazanıb, son çempionatda isə 4-cü pilləni tutub.

0
0