Azərbaycan yığması 2 ildən sonra Avropa səhnəsinə çıxır
11.11.2011 - 13:41
Azərbaycan yığması 2 ildən sonra Avropa səhnəsinə çıxır
Noyabrın 15-də İsveçrənin Nyon şəhərində 19 və 17 yaşadək qadınlar arasında 2013-cü il Avropa çempionatının seçmə mərhələsinin püşkatması keçiriləcək. Apasport.az saytının məlumatına görə, U-19-ların yarışında Almaniya, Fransa, İngiltərə ilk mərhələdən azaddır. Bakı vaxtı ilə saat 13:15-də start götürəcək mərasim zamanı komandalar aşağıdakı səbətlərə bölünüblər:

A səbəti: Norveç, İsveçrə, İtaliya, İspaniya, Hollandiya, İsveç, Belçika, Rusiya, Avstriya, İslandiya, Danimarka, İrlandiya, Şotlandiya, Polşa, Çexiya, Finlandiya, Macarıstan, Ukrayna, Portuqaliya, Serbiya
B səbəti: Xorvatiya, Rumıniya, Türkiyə, AZƏRBAYCAN, Bosniya və Herseqovina, Slovakiya, İsrail, Sloveniya, Litva, Makedoniya, Bolqarıstan, Belarus, Yunanıstan, Şimali İrlandiya, Moldova, Qazaxıstan, Kipr, Latviya, Estoniya, Farer adaları

Saat 11:30-da isə U-17-nin rəqibləri məlum olacaq.
A səbəti: Almaniya, İspaniya, Fransa, Hollandiya, Norveç, İrlandiya, İsveç, Çexiya, İsveçrə, Danimarka, İngiltərə
B səbəti: Belçika, İtaliya, İslandiya, Şotlandiya, Polşa, Finlandiya, Uels, Rusiya, Macarıstan, Ukrayna, Avstriya
C səbəti: Serbiya, Sloveniya, Türkiyə, Rumıniya, Belarus, Litva, Makedoniya, Xorvatiya, Yunanıstan, Estoniya, Qazaxıstan, Farer adaları, Latviya, Şimali İrlandiya, İsrail, AZƏRBAYCAN, Moldova, Bolqarıstan, Gürcüstan, Bosniya və Herseqovina, Monteneqro, Slovakiya

Qeyd edək ki, son iki ildə U-19 qızlar arasında Azərbaycan təmsilçisi yox idi.
0