“Atırau”nun direktoru: Məsələ yalnız Ramiz Məmmədovda deyildi
11.11.2011 - 13:55
Qazaxıstanın “Atırau” klubunun rəhbərliyi azərbaycanlı sabiq baş məşqçisi Ramiz Məmmədovu müdafiə edib. Apasport.az saytının məlumatına görə, son anda Premyer Liqada yerini qoruya bilməyən komandanın ötən mövsümdə çıxışında 43 yaşlı çalışdırıcımızın günahının olduğu müzakirə obyektinə çevrilib. Qazaxıstanda belə fikir var ki, Məmmədov mövsümlərarası fasilədə komandanın formalaşmağı yönündə seleksiya işində səhvlərə yol verib və “Atırau”nun bütün bədbəxtçiliyi məhz bundan sonra başlandı. Ancaq klubun direktoru Arman Umbetkaliyev bu fikir bölüşməyib: “İstənilən məşqçi, o cümlədən Ramiz Məmmədov yaxşı komanda yaratmaq, onunla qarşıya qoyulan vəzifəyə çatmaq istəyir. Hər bir baş məşqçinin futbola öz fikirləri, baxışı var. Mənim fikrim belədir ki, məsələ yalnız Ramiz Məmmədovda deyildi”.
Qeyd edək ki, Məmmədov mövsümün ortasında istefa verəndən sonra baş məşqçi postuna serbiyalı Zoran Filipoviç gətirilib.
Qeyd edək ki, Məmmədov mövsümün ortasında istefa verəndən sonra baş məşqçi postuna serbiyalı Zoran Filipoviç gətirilib.
0
0