Musa Süleymanov: Pulumuz yoxdur, pul axtarırıq
11.11.2011 - 14:07
“Problem var, bunu gizlətmirik. Pulumuz yoxdur, pul axtarırıq”. Bu sözləri apasport.az saytına açıqlamasında “Turan” klubunun prezidenti Musa Süleymanov deyib.
Mövsümün əvvəlindən etibarən maliyyə problemi ilə üzləşən “Turan” rəhbərliyi sentyabrda işləri qismən yoluna qoysa da, futbolçular yenidən məşqlərə qatılmaqdan imtina edib. Belə ki, Tovuz təmsilçisinin üzvləri maaşlarının ödənilməsini istəyirlər. Klub rəhbərliyi isə pul axtarışına çıxıb. Musa Süleymanov yaxın günlərdə problemin həll edilə biləcəyini gözləyir: “Ötən il kifayət qədər pul xərclədik. Cari çempionatın əvvəlindən də az xərcləməmişik. Lakin ortada nəticə yoxdur. Nə normal komanda qurulub, nə də yaxşı futbol oynayırıq. Bununla belə, komandaya kömək edəcəklərinə söz verənlər var. Çünki komandaya tək baxa bilmirəm”.
Artıq futbolçular dünəndən məşqlərə başlamalı olsalar da, hələ heç kim Tovuza yollanmayıb. Legionerlər də vətənlərindədirlər və onlar cavab gözləyirlər. Klub rəhbəri isə onların haqlı olduğunu bildirib: “Onlarla razıyam, haqları var. Məşqlərə qatılmaya bilərlər. Əslində, bir neçə oyundur ki, xahiş etmişəm, çıxıb oynayıblar. İlin sonuna qədər gözləsələr daha yaxşı olardı. Çünki işıq ucu görünür. Bunu kiməsə söz vermək kimi qəbul etməsinlər”.
Yayda heyətini xeyli gücləndirən “Turan” rəhbərliyi bu futbolçuların ödənişlərinin baha olduğunu nəzərə almalı idi. Bununla bağlı sualımıza Süleymanov belə cavab verdi: “Klub dedikdə, yalnız əsas komanda deyil ki, Görün neçə yarışa komanda buraxırıq. U-11, U-13, U-14, U-15, U-16, U-17, əvəzedicilər. Bunların hamısının geyimi, yeməyi, məşqçilərinin ödənişi var. Stadionda ötən il təmir işləri apardıq. Bu ilə meydança tikmək istədik, ancaq imkanımız çatmadı”.
Klub prezidenti bilet satışından gəlir əldə edə bilmədiklərindən də şikayətlənib: “Futbola xərclədiyin pulları hardan qazanmalısan? Oyunu 6 min azarkeş izləyir, amma bir ədəd bilet satılmır. Yəni bir qəpik pul gəlmir. Ancaq cibdən xərclənir. 500 uşaq hər gün məşq keçir. Onların ehtiyaclarını qarşılamaq lazımdır”.

0
0