“Azərbaycanda oynamaq üçün nə qədər lazımdırsa, qol vuraram”
11.11.2011 - 14:32
“Azərbaycanda keçiriləcək dünya çempionatında çıxış etmək mənim arzumdur”. Apasport.az saytının məlumatına görə, bu sözləri Cənubi Koreyanın futbol üzrə 16 yaşadək qızlardan ibarət milli komandasının üzvü Kim So Vi deyib.
Koreyalılar gələn il Azərbaycanda təşkil olunacaq U-17-lər arasında dünya çempionatına seçmə xarakteri daşıyan U-16-ların Asiya birinciliyinin final mərhələsində uğursuz çıxış edir. Sonuncu tur ərəfəsində 4-cü pillədə qərarlaşan asiyalılar 2010-cu ildə qazandıqları dünya çempionu titulunu indidən itirməmək üçün son matçda Çinə mütləq qalib gəlməlidir. Kim meydan sahibləri ilə qarşılaşmada əllərindən gələni edib qitə 3-cülüyünü və Bakıdakı mundiala vəsiqə qazanacaqlarını bildirib: “Azərbaycana vəsiqə qazanmasaq bu faciə olar. Çünki qadın yığmalarımız nə London olimpiadasına, nə də U-19-ların dünya çempionatına vəsiqə qazanıb. Biz də uğursuzluğa uğrasaq koreyalı qadınlar dünya səviyyəli turnirlərə həsrət qalacaq. Bu üzdən təkcə yığma deyil, bütün koreyalı qadınlara görə məsuliyyət daşıyırıq. Bu turnirdə hələlik 3 qol vurmuşam. Lakin Çinlə oyunda nə qədər lazımdırsa vuraram. Təki Azərbaycandakı dünya çempionatına vıəsiqə qazanaq”.
Qeyd edək ki, Asiyadan mundiala verilən 3 vəsiqədən 2-si Yaponiya və KXDR-a nəsib olub. Sonuncu vəsiqə isə noyabrın 13-də baş tutacaq Çin – Cənubi Koreya matçında müəyyənləşəcək. Son dünya çempionları bu matçda qələbə qazanmağa borcludur.

0
0