Çempionatımızın böyük hesab rekordçuları
11.11.2011 - 15:09
Çempionatımızın böyük hesab rekordçuları
Premyer Liqamızın XII turu “Böyük oyun”, “Böyük oyun” isə böyük hesabla əlamətdar oldu. Apasport.az saytının məlumatına görə, “Neftçi” ilə “Xəzər Lənkəran” arasında qarşılaşma böyük hesablı nəticələr üzrə rekordçuların görüşü idi.

Belə ki, 5:0 hesablı qələbə qazanan “Neftçi” milli çempionatlar tarixində ən çox qələbə qazanan komanda adını daşıyır. Çıxış etdiyi çempionat sayı və oyun sayını nəzərə almadan mütləq göstəricidə rekordçu olan “ağ-qaralar” artıq 105-ci darmadağınına imza atıb. 20 çempionat ərzində hamıdan öndə olan bakılıların ən yaxın izləyicisi “Kəpəz” 15 qələbə geri qalır.

Müstəqillik dövründə milli çempionatda ən azı 1 tam mövsüm oynamış komandaların hamısı heç olmasa 1 dəfə böyük hesabla uduzub. Hətta elitada 1 mövsüm keçirənlər də bundan qaça bilməyib. Mövsümün startına qədər ən az uduzan 2 komandadan biri “Xəzər Lənkəran” idi. Lakin 2-ci dəfə belə zərbə alan lənkəranlılar “Fərid”lə şərikli rekorddan məhrum oldu. Düzdür, cari mövsüm güclülər dəstəsində debüt edən “Rəvan” hələ də darmadağın görməyib. Lakin onlar elitada hələ tam 1 mövsüm keçirməyib. Elə cəmi 1 dəfə uduzan “Sumqayıt Şəhər” də ilk mövsümünü başa vurmayıb.

Azərbaycan çempionatlarında ən çox böyük hesablı qələbə qazananlar

1. Neftçi (Bakı) - 105
2. Kəpəz - 90
3. Qarabağ (Ağdam) - 66
4. Turan (Tovuz) - 56
5. Bakı - 44
6. Şəmkir - 38
7. İnter (Bakı) - 35
8. Xəzər Lənkəran - 32
9. Xəzər (Sumqayıt) - 31

Azərbaycan çempionatlarında böyük hesabla ən az uduzanlar

1. Rəvan (Bakı) - 0
2-3. Fərid (Bakı) – 1
Sumqayıt Şəhər - 1
4-5. Xəzər Lənkəran - 2
Boz Qurd (Samux) - 2
6-7. Neftçi (Bakı) - 3
Standard (Sumqayıt) - 3
0