“Elə bil bəxt bizdən yan qaçır”
11.11.2011 - 15:23
“Elə bil bəxt bizdən yan qaçır”
“Sumqayıt Şəhər”ə məğlubiyyət heç yerinə düşmədi. Uduzmaq istənilən halda pisdir. İndi hamı sonuncu yerdə gedən komandaya uduzmağımızın səbəblərini axtarır”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın futbolçusu Namiq Yusifov deyib.

25 yamlı yarımmüdafiəçi klubunun saytına açıqlama verib: “Sumqayıt Şəhər”lə 2 oyunda 5 xal itirməyimizi heç kim gözləmirdi. Rəqib ağıllı müdafiə olundu. Bəlkə də hər 2 oyunda ilk qolu vursaydıq 3-4-nü də vurardıq. Amma bəxtimiz gətirmədi. Ümumiyyətlə, cari birincilikdə elə bil bəxt bizdən yan qaçır. Sonuncu rəqiblə oyunda baş verənlər yanaşı “Qəbələ”yə son dəqiqədə penaltini vura bilmədik, “Rəvan”la görüşdə boş qapıya düşə bilmədik, əvəzində rəqib son saniyədə heç nədən qapımıza qol vurdu. Elə “Neftçi”ni 2:0 məğlub edərkən komandaya elə bil nəsə oldu”.


Namiq liderdən +6 xal geri qalan komandasının çempionluq mübarizəsindən qopmayacağına inanır: “Amma biz hər zaman çətin anlarda toparlanmağı bacarmışıq. Yenə də çempionluq üçün mübarizə aparırıq. İlk pillədən 6 xal geridə qalsaq da, özümüzə inanırıq. İndiyə kimi heç bir turda tam heyətlə meydana çıxmamışıq. Ya zədəli ya da cəzalı əskiyimiz olub. Amma yenə də qeyd edirəm ki, biz çətin günlərin komandasıyıq. Keçən il bundan da ağır vəziyyətdəydik. İnşallah, yenidən çıxışa keçib ən yaxşı oyunumuzu göstərmək istəyirik”.