Nasimovun komanda yoldaşı ilin ən yaxşı futbolçusu olmağa namizəddir
11.11.2011 - 16:08
Nasimovun komanda yoldaşı ilin ən yaxşı futbolçusu olmağa namizəddir
FİFA Avropa və Afrikanın ardınca Asiyada bu ilin ən yaxşı futbolçusu olmağa namizədlərin adlarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, “qara qitə”də olduğu kimi, burada da qalib olmağa 10 iddiaçı var. Bunlar Keysuke Honda, Sindzi Kaqava (Yaponiya), Andranik Teymuryan (İran), Hadi Aqili, Məhəmməd Nur (hər ikisi Səudiyyə Ərəbistanı), İsmayıl Abdullətif (Bəhreyn), İsmayıl Matar (BƏƏ), Ku Ca-Çxol, Yom Ki-Hun (hər ikisi Cənubi Koreya) və Sərvər Ceparovdur (Özbəkistan). Ən yaxşı futbolçunun adı noyabrın 23-də Malayziyanın paytaxtı Kuala-Lumpurda açıqlanacaq.

Qeyd edək ki, iddiaçılardan Sərvər “Neftçi”nin hücumçusu, hazırda Premyer Liqamızın bombardiri olan Bahodir Nasimovun yığmada komanda yoldaşıdır.
0