Albaniya – Azərbaycan oyunu italiyalı hakimlərə tapşırıldı
11.11.2011 - 15:57
Albaniya – Azərbaycan oyunu italiyalı hakimlərə tapşırıldı
Albaniya və Azərbaycan milli komandaları arasında bugünkü yoldaşlıq görüşü idarə edəcək hakimlərin adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, Bakı vaxtı ilə saat 21:00-da Tirana şəhərində “Kemal Shafa” stadionunda start götürəcək oyunun baş hakimi Paolo Silvio Mazzoleni olacaq. Ona həmyerliləri Elenito Di Liberatore ilə Mauro Tonolini yardımçı olacaq. Ehtiyat hakimin yerli - alban referi olmağı nəzərdə tutulub.

Mənbə: affa.az