Türkiyə - Xorvatiya oyununa ekspert rəyi
11.11.2011 - 16:12
Türkiyə - Xorvatiya oyununa ekspert rəyi
Bu gün keçiriləcək Avro-2012-in seçmə mərhələsinin oyunlarından azərbaycanlı futbolsevərlərin daha çox maraq doğurduğu Türkiyə - Xorvatiya görüşünün təxmini proqnozu açıqlanıb. Apasport.az saytının məlumatına görə, futbol şərhçisi Doktor Ziya qardaş ölkənin təmsilçisini öz meydanındakı matçda daha şanslı sayır. Onun fikrincə, türkləri hollandiyalı baş məşqçisi Qus Hiddinkə qələbə hədiyyə etməlidir: “Türkiyə uduzmayacaq! Bu yığma artıq 4 dəfə pley-off mərhələsinin iştirakçısı olub. 2 dəfə türklər uğurla rastlaşıb – İrlandiya və Avstriya ilə qarşılaşanda. Qalan iki dəfə isə - acı həqiqət: İsveçrə və Latviya səddi keçilməz olub. Ancaq bir məqam – həmin 4 rəqiblərlə ev oyunlarında Türkiyə məğlub olmayıb – 2 qələbə və 2 heç-heçə. Bir neçə gün əvvəl Türkiyə yığmasının baş məşqçisi Qus Hiddink 65 illik yubileyini qeyd etdi. Uğurlu ev oyunu isə ona qəşəng hədiyyə olardı!”.