Monika Huser: FİFA Azərbaycanda görülən işləri yüksək qiymətləndirir
11.11.2011 - 16:43
FİFA-nın Media ilə Əlaqələr üzrə meneceri Monika Huser Azərbaycanda gördüklərindən razı qalıb. Apasport.az saytının məlumatına görə, ölkəmizdə işgüzar səfərdə olan FİFA nümayəndə heyətinin üzvlərindən biri təəssüratlarını AFFA-nın rəsmi saytına açıqlayıb. Huser gələn il Azərbaycanda 17 yaşlı qızlardan ibarət dünya çempionatının final mərhələsinin yüksək səviyyədə keçiriləcəyinə inanır: “Bu, bizim Azərbaycana 3-cü səfərimizdir. Əvvəlki səfərlərimiz fevral və iyun aylarına təsadüf etmişdi. İyunda Azərbaycan futbolunun 100 illik yubileyi təntənəli şəkildə qeyd olundu. Həmçinin “Dalğa Arena”nın açılış mərasimi keçirildi. Bu səfərimizdə də stadionların vəziyyəti ilə tanış olduq. Deyə bilərik ki, çox işlər görülüb, əməkdaşlarınız çox həvəslə çalışırlar. Qarşıda bizi daha məsuliyyətli işlər gözləyir. Gələn il Azərbaycanda keçiriləcək dünya çempionatına ciddi hazırlıq gedir. Əminliklə deyə bilərik ki, bütün ölkə bu yarışı səbirsizliklə gözləyir. FİFA Azərbaycanda görülən işləri yüksək qiymətləndirir”.
0
0