Kamran Ağayev sabah mətbuat konfransı keçirəcək
11.11.2011 - 17:41
Kamran Ağayev sabah mətbuat konfransı keçirəcək
“Xəzər Lənkəran”ın və Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayev sabah mətbuat konfransı keçirəcək. Apasport.az saytının məlumatına görə, son günlərdə haqqında xoşagəlməz fikirlər səslənən qapıçı jurnalistlərlə görüşməyi məqsədəuyğun sayıb. Kamran gəzən söz-söhbətlərə orada aydınlıq gətirəcək. “Trend”in Mətbuat Mərkəzində keçiriləcək tədbir saat 12:00-da başlayacaq.

Qeyd edək ki, Ağayev Premyer Liqamızın son turunda “Neftçi” ilə oyuna çıxmaqdan imtina edərək, bunu zədəli olmağı ilə əsaslandırdı. “Xəzər Lənkəran” isə onun zədəli olmadığını bildirərək, özünün oynamaq istəmədiyini açıqlayıb. Kamran millimizlə Albaniyaya yollansa da, bu gün Tiranada keçiriləcək yoldaşlıq görüşündə oynamayacağı sonradan məlum oldu. O, zədə üzündən Bakıya göndərildi.
0