Albaniya – Azərbaycan oyunu canlı yayımda
11.11.2011 - 19:36
Albaniya – Azərbaycan oyunu canlı yayımda
Bu gün Bakı vaxtı ilə saat 21:00-da, Tirana şəhərində keçiriləcək Albaniya – Azərbaycan canlı yayımlanacaq. Apasport.az saytının məlumatına görə, oyunun yayım hüququ AFFA ilə Albaniya Futbol Federasiyası arasında aparılmış danışıqlar əsasında təmənnasız olaraq AFFA-ya verilib. Albaniya – Azərbaycan qarşlaşmasını, yayımla əlaqədar müvafiq texniki xərcləri ödəməklə, İdman Azərbaycan kanalı canlı yayımlayacaq. Oyunun eyni zamanda AzTV vasitəsilə də yayımlanması nəzərdə tutulub.


Mənbə: affa.az