Berti Foqts bəxtdən razı qaldı: Futbol tanrısı bizim tərəfdə idi
11.11.2011 - 23:22
Berti Foqts bəxtdən razı qaldı: Futbol tanrısı bizim tərəfdə idi
“İlin son matçını qələbə ilə başa vurduq. Bu, Albaniya ilə 5 oyunda ilk qələbə idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts deyib.

O, bu gün Tiranada Albaniya yığması ilə görüşdən sonra oyun haqda fikirlərini açıqlayıb: “Birinci hissədə yaxşı oynadıq. İkinci hissədə isə yox. Fasilədən sonra rəqib daha güclü idi. Lakin futbol tanrısı bizim tərəfdə idi”.

Qeyd edək ki, yığmamız Albaniya ilə səfər matçında 1:0 hesabı ilə qalib gəlib.
0