“Son nöqtəni qoymağı bacarmadıq”
12.11.2011 - 00:54
“Son nöqtəni qoymağı bacarmadıq”
“Rəqibimizin gücünü nəzərə alsaq, 0:0 hesabı qənaətbəxş sayıla bilər”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan milli komanadsının (U-21) baş məşqçisi Bernard Lippert deyib.

Almaniyalı mütəxəssis ABŞ-ın U-20 yığması ilə yoldaşlıq oyunu haqda fikirlərini açıqlayıb: “Oyunun ilk 15 dəqiqəsində istədiyimiz kimi oynaya bilmədik. Ancaq sonradan təşəbbüsü ələ almağı bacardıq. Qol vurmaq üçün bir neçə imkanımız oldu. Yaratdığımız fürsətlərdən istifadə edə bilmədik. Yaxşı hücumlar qursaq da, son nöqtəni qoymağı bacarmadıq”.

Qeyd edək ki, Azərbaycan – ABŞ oyunu Almaniyada keçirilib və qolsuz heç-heçə ilə başa çatıb.

Mənbə: affa.az