”Ramiz Məmmədova çox vaxt versəydik, daha yaxşı çıxış edərdik”
12.11.2011 - 13:19
”Ramiz Məmmədova çox vaxt versəydik, daha yaxşı çıxış edərdik”
“Ötən mövsüm bizim üçün alınmadı. İlk “altılıq”da oynamaq istədik, ancaq sonda Premyer Liqada qalmaq uğrunda mübarizə apardıq”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Qazaxıstanın “Atırau” klubunun kapitanı Andrey Travin deyib. Ötən mövsümə azərbaycanlı baş məşqçi Ramiz Məmmədovun rəhbərliyi altında başlayan futbolçu onun istefa verməsindən sonra çempionatı serbiyalı Zoran Filipoviçlə 10-cu yerdə bitirdi.

Travinin fikrincə, tez-tez baş məşqçi dəyişmək düzgün deyil: “Mən hesab edirəm ki, komanda mövsümə 3 baş məşqçi dəyişirsə, o, sabit ola bilməz. Biri bir şey, digəri başqa, üçüncüsü daha fərqlisini tələb edirdi. Bizə həm məşqçilərlə bağlı, həm də maddi planda sabitlik çatışmırdı. Heç kimə sirr deyil ki, komandamızla indiyə kimi hesablaşmayıblar. Mövsümün gedişində də qeyri-sabitlik vardı: gah məvacibləri yubadırdılar, gah da vaxtında verirdilər. Ola bilər ki, Məmmədova, Azovskiyə çox vaxt versəydik, yaxud Filipoviç tez gəlsəydi, daha yaxşı çıxış edərdik. Yenə də əgər belə olsaydı...Necə alındı, elə alındı, artıq heç nəyi dəyişmək olmaz”.

Andreyin fikrincə, Məmmədovla Filipoviç arasında fərq böyük deyil: “Hər çalışdırıcının öz məşqləri var. Mən Filipoviçin məşqində qeyri-adi heç nə görmədim. Digər məşqçilərdə də həmin şeyin hamısını edirdik. Prinsipcə, Filipoviçin gəlişindən sonra komandamız xüsusi bir dəyişiklik baş vermədi. O, futbolçulardan daha çox nəticə tələb edirdi. Onun gəlişinə kimi komandamızda konsentrasiya çatışmırdı, biz hesabda irəlidə ola, ancaq sonda uduza bilərdik. Bəxt və əzmkarlıq hesabına qalib gəlirdik. Filipoviçin gəlişi ilə psixologiya baxımından dəyişiklik oldu. Komanda matçın gedişində geridə olan halda, hesabı bərabərləşdirməyi, hətta qələbəni qoparmağı öyrəndi. Biz hər oyuna “qalib gəlməliyik, yalnız qələbəyə oynamalıyıq” fikri ilə çıxmağa başladıq”.
0