Araz Abdullayev milli komandamızın heyətindən kənarlaşdırıldı
12.11.2011 - 15:37
Araz Abdullayev milli komandamızın heyətindən kənarlaşdırıldı
Azərbaycanın 21 yaşlılardan ibarət yığma komandasının heyətində dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, Araz Abdullayev yığmamızın heyətindən kənarlaşdırılıb. Buna səbəb “Neftçi”nin yarımmüdafiəçisi zədəli olmağıdır.

Qeyd edək ki, yığmamız Almaniyanın Duysburq şəhərində təlim-məşq toplanışındadır.