Yığmamızın məşqçisi də Almaniyaya aparılmadı
12.11.2011 - 15:46
Yığmamızın məşqçisi də Almaniyaya aparılmadı
Azərbaycan milli komandasının qapıçılarla işləyən məşqçisi Faiq Əzizov Almaniyaya yollanmayacaq. Apasport.az saytının məlumatına görə, milli komandamızın 5 futbolçusu – Mahir Şükürov, Branimir Subaşiç, Vladimir Levin, Rail Məlikov, Elşən Məmmədov kimi Əzizov da Tiranadan Bakıya qayıdır. Onlar Albaniya yığması ilə yoldaşlıq görüşündən sonra Vətənə dönürlər və Berlindəki təlim-məşq toplanışına yollanmayacaqlar. Noyabrın 15-də “Union Berlin” klubu ilə keçiriləcək yoxlama oyununa hazırlaşan millimizdə qapıçılarla işləyən məşqçi funksiyasını almaniyalı baş məşqçimiz Foqtsun köməkçisi olan həmyerlisi Ulu Ştayn icra edəcək.