Arda Turan bilərəkdən sarı vərəqə alıb, cəzalı oldu
12.11.2011 - 16:26
Türkiyə milli komandasının futbolçusu Arda Turan Avro-2012-in pley-off mərhələsində Xorvatiya yığması ilə cavab oyununda meydana çıxmayacaq. Apasport.az saytının məlumatına görə, Madrid “Atletiko”sunun yarımmüdafiəçisi cəzalı olduğundan, noyabrın 15-də Zaqrebdəki matçda yığmasına kömək edə bilməyəcək. Ötən seçmə mərhələdə hesabında 1 sarı vərəqə alan Arda növbətini alacağı halda, cəzalı duruma düşəcəyindən, ehtiyatlı olmalı idi. Ancaq “Türk Telekom Arena”da Xorvatiyaya 0:3 hesabı ilə uduzduqları matçda oyunu azarkeşlərin narazılığı ilə qarşılanan Turan sarı vərəqə alıb, cəzalı duruma düşməyi ilə onları daha da hiddətləndirib. Çünki futbolçu 87-ci dəqiqədə ehtiyac olmayan epizodda – baş hakim fitini çaldıqdan sonra topa zərbə vurmaqla, sarı vərəqə aldı.
Turanın cavab matçının formallıq sayaraq, vərəqəni bilərəkdən alıb, cəzalı olmağı müzakirə obyektinə çevrilib. Yəni o, yığmada qalmaqdansa, klubuna qayıdıb, İspaniya çempionatının növbəti turuna hazırlaşmağı daha üstün tutub.
Qeyd edək ki, Ardaya ötən seçmə mərhələdə vurduğu 4 qolla yığmasının bombardiri kimi pley-off oyunlarında böyük ümidlər bəslənilirdi.

0
0