Türkiyə yığması 4 futbolçusunu heyətdən çıxardı
12.11.2011 - 17:01
Türkiyə yığması 4 futbolçusunu heyətdən çıxardı
Türkiyə milli komandasının heyətində ciddi dəyişiklər edilib. Apasport.az saytının məlumatına görə, kapitan Əmrə Belözoğlu, Arda Turan, Hakan Balta və Səbri Saroğlu heyətdən çıxarılıblar. Buna səbəb onların Xorvatiya yığması ilə Avro-2012-in ilk pley-off oyununda aldıqları sarı vərəqə ilə cəzalı olmağıdır. Nəticədə noyabrın 15-də Zaqrebdəki cavab matçında oynamayacaq həmin dördlük artıq düşərgədən gedib.

Xorvatiya ilə ev oyununda sağ ayağında ağrıları olan Mehmet Topal isə müayinə olunub. Artıq müalicəsinə başlanılan yarımmüdafiəçinin vəziyyətinə yaxın günlərdə tam aydınlıq gələcək.

Bu səhər təlim-məşq toplanışı keçdikləri oteldə sərbəstlik qazanan “ay-ulduzlular” axşam “Kasımpaşa Rəcəp Tayyib Ərdoğan” stadionunda məşqi də ləğv olunub və futbolçulara dinlənmək üçün istirahət verilib. Sabah yerli vaxtla saat 11:00-da “İsmət İnönü”də məşq edəcək Türkiyə yığması 15:30-da “Türk Hava Yolları” şirkətinin təyyarəsi ilə Zaqrebə uçacaq.