“Neftçi” 7 futbolçusuz məşqlərini bərpa etdi
12.11.2011 - 16:47
"Neftçi" istirahəti başa vurub. Apasport-az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, komanda Azərbaycan millisinin yoldaşlıq görüşü keçirməsi ilə əlaqədar Premyer Liqamızda yaranmış fasiləyə görə istirahətə buraxılmışdı. Artıq bu gün flaqman istirahəti bitərək, məşqlərə başlayıb. “Neftçi” öz bazasındakı meydançada hazırlıq keçib. Millimizin düşərgəsində olan futbolçular Rail Məlikovla Ruslan Abışov, U-21-in n üzvləri - Araz Abdullayev, Mirhüseyn Seyidov, Cavid İmamverdiyev və Tərlan Quliyev, eləcə də Özbəkistan yığmasına cəlb olunmuş Bahodir Nasimov məşq prosesində iştirak etməyiblər.
Qeyd edək ki, “Neftçi” növbəti turda noyabrın 20-də səfərdə "Qəbələ" ilə görüşəcək.
Qeyd edək ki, “Neftçi” növbəti turda noyabrın 20-də səfərdə "Qəbələ" ilə görüşəcək.
0
0