612 gün gözlədik, 1 qələbə ilə 3 həsrəti bitirdik
12.11.2011 - 17:38
Azərbaycan milli komandası Albaniya yığması ilə səfərdəki yoldaşlıq görüşündə qalib gəlməklə (1:0), birdən-birə 3 həsrətə son qoydu. Apasport.az saytının məlumatına görə, Berti Foqtsun baş məşqçisi olduğu yığmamız 66 gündən sonra qələbə qazandı. Komandamız sonuncu dəfə sentyabrın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda qazandığı qalibiyyətə sevinmişdi. Bu, Avro-2012-in seçmə mərhələsində Qazaxıstan yığmasını 3:2 hesabı ilə məğlub etdiyimiz rəsmi oyundur. Ardından seçmə mərhələnin son 2 oyununda evdə Avstriyaya 1:4, səfərdə Türkiyəyə 0:1 hesabı ilə uduzduq.
Əgər Tiranadakı matçadək sonuncu səfər qələbəmizə nəzər salsaq, bu, uzun müddət əvvələ, daha dəqiq desək, 612 gün öncəyə təsadüf edir. Söhbət ötən ilin martın 3-də Lüksemburq yığmasına 2:1 hesabı ilə qalib gəldiyimiz yoldaşlıq görüşündən gedir. Onda hücumçu Fərid Quliyevlə yarımmüdafiəçi Elvin Məmmədovun ilk hissədə vurduğu qollar millimizə qələbə qazandırmışdı. Foqts həmin matçda oynatdığı futbolçulardan müdafiəçilər Rail Məlikov, Ruslan Abışov, yarımmüdafiəçi Aleksandr Çertoqanov və hücumçu Rauf Əliyevi Albaniyada da meydana buraxdı. Məhz Raufun ilk hissənin ortasında qolu matçda yeganə oldu və bu ilin son rəsmi oyununu qələbə ilə başa vurmağımıza imkan verdi.
Maraqlıdır ki, noyabrın 11-də məhz Lüksemburqla yoldaşlıq görüşümüz nəzərdə tutulmuşdu. Ancaq bu yığma DÇ-2014-ün seçmə mərhələsində milli komandamızla bir qrupa düşdüyündən, oyun baş tutmadı. Başqa rəqib axtarası olan bizimkilər əvvəllər görüşdüyümüz Albaniya yığması ilə razılaşdı. Nəticədə axır ki, bu rəqibə də qalib gələ bildik. Çünki millimiz Albaniya ilə arxada qalan 4 oyunda buna həsrət qalmış, 3-də uduzmuş, 1-də heç-heçə etmişdi. İlk 2 matçda 0:1 hesabı ilə uduzaraq, qol vura bilməmişdiksə, sonrakı 3 oyunda rəqib qapısına yol tapmışıq.
Özü də Tiranada 1:2 hesabı ilə uduzduğumuz, Bakıda 1:1-lik bərabərliyə qaldığımız yoxlama matçlarında hesabı məhz biz açmışıq. Səfərdə yarımmüdafiəçi Zaur Tağızadə, evdə milliləşdirilən serbiyalı hücumçu Branimir Subaşiç buna nail oldu. Rauf da həmkarlarından geri qalmadı və nəticədə albanlarla ardıcıl 3-cü oyunumuzda da hesabı məhz millimiz açdı. Maraqlıdır ki, “Qarabağ”ın 22 yaşlı hücumçusu son qələbəmiz olan Qazaxıstanla matçda (3:2) da ilk qolumuzun müəllifi idi.
Mehman SÜLEYMANOV

0
0