Almaniya yığması millimizə Bakıda qalib gəldi
12.11.2011 - 17:45
Almaniya yığması millimizə Bakıda qalib gəldi
Bu gün Azərbaycan və Almaniyanın 17 yaşlılardan ibarət yığma komandaları arasında yoldaşlıq görüşü keçirilib. Apasport.az saytının məlumatına görə, AFFA Futbol Mərkəzindəki “Dalğa Arena”da keçirilən oyun qonaqların 3:1 hesablı qələbəsi ilə nəticələnib. Bu yığmalar arasında 2-ci görüş noyabrın 15-də eyni məkanda baş tutacaq. Həmin oyun da saat 16:00-da başlayacaq.