Uinston Parks əvəzolunmaz rolunda
13.11.2011 - 12:00
Uinston Parks əvəzolunmaz rolunda
“Bakı” klubunun futbolçusu Uinston Parks Kosta-Rika yığmasında növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, 30 yaşlı hücumçu yığmasının Panama ilə yoldaşlıq oyununun iştirakçısı olub. Parks bu dəfə komandasının start heyətində yer alıb. O, 90 dəqiqə əvəzolunmadan meydanda olub. Lakin Uinston və komandası meydandan məyus ayrılıb. Belə ki, meydan sahibləri kosta-rikalıları 2:0 hesabı ilə məğlub ediblər.