Ölkə kubokunda əcnəbi hakim
13.11.2011 - 12:37
Ölkə kubokunda əcnəbi hakim
Dünyanın ən köhnə futbol turniri olan İngiltərə kubokunda ənənə qırılıb. Apasport.az saytının məlumatına görə, 141 yaşlı turnirin tarixində ilk dəfə oyunu əcnəbi hakim idarə edib. Bununla da futbolun yaradıcıları da legioner ədalət təmsilçisinin nə dərəcədə olduğunu göstərib. Britaniyalılar kubokun I mərhələsinin aşağı dəstə təmsilçiləri "Brentford" və "Byusinqstok” arasında oyunu (1:0) yaponiyalı Masaki Tomaya həvalə ediblər.