“Bakı”nın hücumçusu İker Kasilyasın rekordunu korlamalıdır
13.11.2011 - 13:29
İspaniya milli komandasının futbolçusu İker Kasilyas yığma tarixinin rekordunu təkrarlayıb. Apasport.az saytının məlumatına görə, qapıçı İngiltərə yığması ilə yoldaşlıq matçında (0:1) millidə 126-cı oyununu keçirib. Bununla da İker Andoni Subisarettaya məxsus İspaniya rekordunu təkrarlayıb.
Kasilyas artıq 3 gün sonra həmkarını arxada qoyub mütləq rekordçu ola bilər. Bunun üçün o, noyabrın 16-da Kosta-Rika ilə oyunda meydana çıxmalıdır. Həmin oyunda mərkəzi amerikalıların şərəfini qoruyacaq “Bakı”nın hücumçusu Uinston Parks isə İkerə rekordla bağlı qol “hədiyyə”si etmək imkanı qazanacaq.

0
0