Dünya çempionunu Azərbaycana buraxmadılar
13.11.2011 - 18:20
16 yaşadək qızlar arasında futbol üzrə Asiya çempionatına yekun vurulub. Apasport.az saytının məlumatına görə, gələn il Azərbaycanda keçiriləcək 17 yaşadək qızlar arasında dünya çempionatına seçim xarakteri daşıyan yarışda mundiala 3 vəsiqənin də sahibi müəyyənləşib.
6 komandanın dairəvi sistemlə mübarizə apardığı yarışın son turu ərəfəsində çempionluğu təmin edən Yaponiya və gümüşü rəsmiləşdirən KXDR son matçda da qalib gəliblər. Yapon qızları Avstraliyanı 1:0, koreyalılar isə Tailandı 8:0 hesabı ilə məğlub ediblər.
Həm bürünc medalın, həm də Azərbaycana 3-cü vəsiqənin sahibi Çin və Cənubi Koreya arasında matçda müəyyənləşib. Hərəyə 6 xalı olan komandaların mübarizəsində heç-heçə çinli qızlara sərf edirdi. Top fərqində üstün olan yarışın meydan sahibləri son qarşılaşmada qolsuz heç-heçəyə nail olublar. Bu, son dünya çempionu olan Cənubi Koreyanın Azərbaycana gələn yolunu bağlayıb.

0
0