Bernard Lippert: İkinci hissədə konsentrasiyanı itirdik
13.11.2011 - 18:26
Bernard Lippert: İkinci hissədə konsentrasiyanı itirdik
“Peşəkar komandaya qarşı mübarizə apardıq. Birinci hissədə ən yaxşı oyunlarımızdan birini nümayiş etdirdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının (U-21) baş məşqçisi Bernard Lippert deyib.

Almaniyalı mütəxəssis yığmamızın “Köln” klubu klə qarşılaşmadakı 0:4 hesablı darmadağınını belə əsaslandırıb: “Təəssüf ki, son dəqiqələrdə qol buraxdıq. Fasilədən sonra mövqe səhvlərinə yol verdik. 90 dəqiqə eyni səviyyədə, oyundan diqqəti yayındırmadan oynamaq çətindir. İkinci hissədə konsentrasiyanı itirdik. Bir sözlə, fasilədən sonra oyunumuzdan razı qalmadım”.

Mənbə: affa.az