Vaqif Sadıqovun futbolçusuna “Qızıl Şir” mükafatı
14.11.2011 - 09:38
Vaqif Sadıqovun futbolçusuna “Qızıl Şir” mükafatı
Afrikanın ən yaxşı futbolçusu müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Rusiyanın “Anji” klubunun hücumçusu Samuel Eto‘O bu il “qara qitə”nin ən güclü futbolçusu seçilib. Kamerun milli komandasının kapitanına “Qızıl Şir” mükafatı verilib. Bununla da Samuel 3-cü dəfə bu mükafata layiq görülüb.

Qeyd edək ki, bu yay İtaliyanın “İnter” klubundan “Anji”yə keçidi ilə səs-küy doğuran Eto’Onun hazırda məşqçilərindən biri həmyerlimiz Vaqif Sadıqovdur.
0