“İnter” aşağı dəstə təmsilçisinə “dərs keçdi”
14.11.2011 - 10:08
Milli komandaların oyunları ilə əlaqədar Premyer Liqada yaranmış fasilədən istifadə edən “İnter” klubu yoxlama oyununda qüvvəsini sınayıb. Apasport.az saytının məlumatına görə, “Şəfa” stadionunda baş tutan oyunda I divizion təmsilçisi MOİK-lə qarşılaşan “bannkirlər” rəqibini 6:0 hesabı ilə məğlub edib. ”İnter”in heyətində Enyo Krastovçev (2), Elnur Abdulov (3) və Ramil Mansurov fərqləniblər.
0
0