Yapon qızı Bakıdan qızıl aparmaq istəyir
14.11.2011 - 10:28
“Bir komanda olaraq indi qarşımızda 1 məqsəd var. Bu da gələn il Azərbaycanda keçiriləcək dünya çempionatında qalib gəlib qızıl medal qazanmaqdır”. Apasport.az saytının məlumatına görə, bu sözləri 16 yaşadək qızlardan ibarət Yaponiya milli komandasının futbolçusu Yui Narumiya deyib.
Çində keçirilən asiya çempionatında komandasının qızıl medal qazanmasında rolu böyük olan istedad yarışın ən yaxşı oyunçusu seçilib. Gələn il Bakıda təşkil olunacaq U-17-lər arasında dünya çempionatına vəsiqə qazanan yaponiyalı qızların kapitanı ölkəmizdə iddialı olacaqlarını açıqlayıb: “Ötən il mundialın finalında Cənubi Koreyaya məğlub olduq. Bu dəfə isə daha irəli gedə bilərik. Artıq indidən həmin yarışa hazırlaşmağa başlayacağıq”.

0
0