“Azərbaycanda ən yaxşı bombardir olmaq istəyirəm”
14.11.2011 - 10:46
“Azərbaycanda ən yaxşı bombardir olmaq istəyirəm”
“Mən həmişə komandamın uğurunu düşünmüşəm. Heç vaxt fərdi titullar dalınca qaçmamışam”. Apasport.az saytının məlumatına görə, bu sözləri 16 yaşadək qızlardan ibarət KXDR milli komandasının futbolçusu Ri Un-Sim deyib.

U-16-lar arasında Asiya çempionatının ən yaxşı bombardiri olan koreyalı hücumçu komandasının gələn il Azərbaycanda təşkil olunacaq U-17-lər arasında dünya çempionatına vəsiqə qazanmasında da pay sahibi olub. Ri bildirib ki, Azərbaycana da ən yaxşı bombardir olmaq arzusu ilə gələcək: “Fərdi deyil, komanda uğuru üçün çalışsam da 9 qol vurmağım məni də sevindirir. Şadam ki, yarışın bombardiri oldum. İndi qarşıdakı məqsədim Azərbaycandakı dünya çempionatında bombardir olmaqla komandamın qızıl medal qazanmasına töhfə verməkdir. İndi mən yalnız 1 şey istəyirəm: məşq edib mundiala hazırlaşmaq”.

Qeyd edək ki, Asiya çempionatında ilk 3 yeri tutan Yaponiya, KXDR və Çin yığmaları Azərbaycan-2012-yə vəsiqə qazanıblar.
0