Naci Şensoy Albaniya yığmasını çalışdıra bilər
14.11.2011 - 12:58
Naci Şensoy Albaniya yığmasını çalışdıra bilər
Noyabrın 11-də keçirilən yoldaşlıq oyununda Azərbaycan millisinin rəqibi olmuş Albaniya yığması baş məşqçi axtarışlarını davam etdirir. Apasport.az saytının məlumatına görə, Berti Foqtsun ardınca bizlərə tanış olan daha 1 sima namizədlər siyahısına düşüb.

Bu, vaxtilə “Turan”ın çalışdıran Naci Şensoydur. Albaniya mətbuatının yazdığına əsasən, “Bilis”də uğurla çalışması federasiya rəhbərliyinin diqqətini cəlb edib. Elə bu üzdən də qurum prezidenti Armend Duka onunla danışıqlara başlamaq niyyətindədir.
0