“Azərbaycanda oynamaq istəmədim”
14.11.2011 - 13:39
“Azərbaycanda oynamaq istəmədim”
Ukraynanın “Bukovina” klubunun futbolçusu Vadim Melnik Azərbaycanda oynamağın əleyhinədir. Apasport.az saytının məlumatına görə, 21 yaşlı müdafiəçi vətənində I dəstədə oynamağı bizim çempionatdan üstün tutub.

Təcrübəli futbolçu Ukrayna mətbuatına müsahibəsində aşağı dəstədə çıxış edən “Bukovina”nı seçməsinə aydınlıq gətirib: “Başqa Ukrayna klubundan təklif olmadığından “Bukovina”nı seçməli oldun. Gedib xaricdə, Azərbaycan və ya Özbəkistanda isə oynamaq istəmədim”.