“Volqa”ya xəbərdarlıq edildi
14.11.2011 - 14:12
Rusiya Futbol İttifaqı (RFİ) “Volqa” klubuna xəbərdarlıq edib. Apasport.az saytının məlumatına görə, komanda rəhbərliyi futbolçu Maksim Burçenkonun borcunu ödəməzsə, hesabından xal silinəcək.
Bu qərarı RFİ-nin Mübahisəli Məsələlərin Həlli Palatası çıxarıb. “Volqa” yarımmüdafiəçisinə borcu noyabrın 1-ə kimi ödəməli idi. Ancaq bunu etmədiyinə görə RFİ-nin 50 min rublluq cəriməsinə məruz qalıb. İndi “Volqa”ya noyabrın 30-a kimi vaxt verilib.
Qeyd edək ki, həmyerlimiz Cavadovun formasını geyindiyi “Volqa” 30 turdan sonra turnir cədvəlində 12-ci yerdə gedir. Premyer Liqada yerini qorumaq uğrunda mübarizə aparan debütantdan xallar silinərsə, yerini qorumağı daha da çətinləşəcək.

0
0