AFFA “Neftçi”nin müraciətinə “yox” dedi
14.11.2011 - 14:57
AFFA “Neftçi”nin müraciətinə “yox” dedi
AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda İntizam Komitəsi tərəfindən cəzalandırılan Rəşad Abdullayevin məsələsinə baxılıb. “Neftçi”nin rəqibinə qarşı aşkar kobudluq edib, sillə vuran yarımmüdafiəçinin cəzasının yüngülləşdirilməsi ilə bağlı müraciətinə baxan komitə müvafiq qərar verib. Qurum futbolçuya verilən cəzanın saxlanılmasını lazım bilib.