“Elə oyunlar olub ki, uşaqlar meydana yemək yemədən çıxıblar”
14.11.2011 - 15:01
“Komanda dağılmır, oynayacağıq”. Bunu apasport.az saytına açıqlamasında “Turan” klubunun qapıçısı Anar Nəzirov deyib.
Mövsümün əvvəlindən maliyyə problemləri ilə üzləşən Tovuz təmsilçisində vəziyyət getdikcə ağırlaşır. Belə ki, yayda komandaya dəvət edilən futbolçuların bəzisi geri dönmək istəmir. Onlar rəhbərlikdən maaşlarının ödənilməsini tələb edirlər.
Məsələyə münasibət bildirən Nəzirov futbolçuları da başa düşməyin vacibliyini deyib: “Maliyyə problemi var. Klub prezidenti də açıq şəkildə deyir ki, komandaya tək baxa bilmirəm. Amma futbolçunu da başa düşmək lazımdır. 4 aydır maaşlar verilmir. Yəni bunlar bu günün, dünənin problemi deyil. Aylardı yığılıb qalıb”.
Futbolçu öz durumunun necə olacağına hələ aydınlıq gətirmədiyini bildirib. İcarə əsasında çıxış etdiyini deyən qolkiper əziyyət çəkdiklərini gizlətməyib: “İcarə əsasında çıxış edirəm. Uşaqlar yığılsa, qalacam. Klub rəhbərliyinə də demişəm. “Turan” köklü komandadır. Yığılıb, mübarizə aparacağımıza inanıram. Mən komandaya ikinci turdan sonra gəldim. Elə oyunlar oldu ki, uşaqlar meydana yemək yeməyib çıxırdılar. Uşaqların tək istədikləri şey aldanmaq istəməməkləridir. Onların da ailəsi var”.
Qeyd edək ki, digərlərindən fərqli, “Turan” hələ məşqlərini bərpa etməyib. Komanda üzvləri fərdi şəkildə hazırlıq keçirlər.

0
0