Kamran Ağayev “Xəzər Lənkəran”la müqavilənin müddətini artırdı
14.11.2011 - 15:55
Kamran Ağayev “Xəzər Lənkəran”la müqavilənin müddətini artırdı
Azərbaycan yığmasının qapıçısı Kamran Ağayev “Xəzər Lənkəran”la müqaviləsinin müddətini artırıb. Bu haqda apasport.az saytına futbolçunun özü məlumat verib.

25 yaşlı qapıçı bildirib ki, 2006-cı ildən şərəfini qoruduğu cənub təmsilçisi ilə cari mövsümün sonunda bitəcək anlaşmasının müddətini artırıb: “6 aya ehtiyac yoxdur. Mən klubla anlaşmamı artırmışam, uzun müddətli müqaviləm var. Əslində, müqavilə elə-belə şeydir, əsas insanın verdiyi sözdür”.

Ağayevin sözlərinə görə, bu müddətdə xaricdə oynamaq variantı olsa, gedişinə imkan yaradılacaq: “Xaricdə oynamaq ehtimalım olmasa, burdayam. “Xəzər Lənkəran”la 2 illik müqaviləm var. Belə götürəndə, daha çoxdur, uzunmüddətlidir. Mən gələcəkdə xaricdə oynamaq istəyirəm və təklif alaramsa, klub gedişimə əngəl yaratmayacaq”.

Mehman SÜLEYMANOV