Berti Foqts müdafiəçi rolunda
15.11.2011 - 00:01
Berti Foqts müdafiəçi rolunda
Milli komandamızın baş məşqçisi Berti Foqts almaniyalı həmkarı Yoahim Lövün müdafiəsinə qalxıb. Apasport.az saytının “Bild” qəzetinə istinadən məlumata görə, yoxlama görüşündə Ukrayna ilə bərabərə (3:3) qalan Bundestimin baş məşqçisi tənqidlərə məruz qalıb.

Foqts isə öz növbəsində həmkarını müdafiə edərək bildirib ki, Lövün belə yoxlama görüşlərində komandanı sınaqdan keçirməsi vacibdir: “Hətta Ukrayna yığmasından daha da güclü rəqiblərlə oyunda güclərini sınamalıdırlar. Yoxlama görüşlərində komandanın üzvlərinin hazırlıq səviyyəsi bəlli olacaq. Bu, Avro-2012 öncəsi çox önəmlidir”.
0