“Tofiq Bəhramov”da tribunaların üstü bağlanacaq
15.11.2011 - 00:03
“İşlər davam edir. Hələlik sökülmə və beton işləri görülür. Havaların dəyişməsi bizə əngəl törətmir”. Bu sözləri apasport.az saytına açıqlamasında Tofiq Bəhramov adına Respublika stadionunun direktoru Akif İsmayılov deyib.
Oktyabrın əvvəlindən təmirə dayandırılan ölkənin baş arenasında işlər planauyğun şəkildə davam etdirilir. İsmayılovun sözlərinə görə, qarşıda duran əsas vacib iş tribunaların üstünün örtülməsidir: “Öncə tribunaların üstünün örtülməsi nəzərdə tutulub. Söküntü və beton işləri qurtardıqdan sonra bu işlərə başlayacağıq. Stadionun üstünün örtülməsi dekabrın sonuna, yanvarın əvvəlinə qədər başa çatmalıdır”.

0
0