Yığmamızın qrupunda lider büdrədi
15.11.2011 - 10:15
Yığmamızın qrupunda lider büdrədi
21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində növbəti oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin yer aldığı VIII qrupda 1 matç baş tutub.

Qrupun aşkar favoriti və lideri olan İngiltərə yığması seçmə mərhələdə ilk xal itkisi ilə üzləşib. Futbolun yaradıcıları Belçika ilə qarşılaşmada hesabı açsalar da, məğlub olublar – 1:2. Bu əzmkar qələbə belçikalıların 2-ci pilləyə yüksəlməsinə imkan verib.

Belçika - İngiltərə - 2:1
Nessens, 72, Kadduri, 90 – Kelli, 14

1 İngiltərə 5 4 0 1 17-3 12
2 Belçika 5 2 2 1 11-8 8
3 Norveç 4 2 1 1 7-4 7
4 İslandiya 4 1 0 3 2-11 3
5 AZƏRBAYCAN 4 0 1 3 3-14 1
0