“Qus Hiddink tülküdür”
15.11.2011 - 10:23
“Qus Hiddink tülküdür. Ancaq onun sözləri məni maraqlandırmır. Nə istəyirsə, danışsın. Biz Türkiyədə xarakter hesabına qələbə qazandıq”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Xorvatiya yığmasının kapitanı Dario Srna deyib.
Avro-2012-in pley-off mərhələsi çərçivəsində İstanbulda Türkiyə millisinə qalib (3:0) gəldikləri oyundan sonra final mərhələsinin bir addımlığında olan xorvatlar bu gün Zaqrebdə keçiriləcək cavab oyununda vəsiqəni rəsmiləşdirməlidir.
“Ay-ulduzlular”ın hollandiyalı baş məşqçisi Qus Hiddinki hiyləgərlikdə suçlayan Srna İstanbulda layiqli qələbə qazandıqlarını düşünür. Donetsk “Şaxtyor”unun kapitanı cavab oyununa arxayın çıxmayacaqlarını bildirib: “Türklər möcüzəyə ümid edirlər. Komandamız cavab oyununa ciddi köklənir. Başa düşürük ki, hələ heç nə həll olunmayıb. Mən çox danışmayacağam, bizi futbol meydançası mühakimə edəcək. Ümid edirəm ki, tribunalardan bizə güclü dəstək olacaq. İlk oyunda bizə dostlardan başqa heç kəs inanmırdı”.
Qeyd edək ki, DarioTürkiyədəki matçda son 2 qolda məhsuldar ötürmə ilə yadda qaldı.

0
0