Millimiz alman klubuna uduzdu - YENİLƏNİB
15.11.2011 - 23:22
Millimiz alman klubuna uduzdu - YENİLƏNİB
Azərbaycan millisi bu gün 2011-ci ildə son oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, Berti Foqtsun baş məşqçisi olduğu yığmamız Almaniyanın II Bundesliqa təmsilçisi “Union Berlin” klubu ilə qarşılaşıb.

Məşq xarakteri daşıyan görüşdə Foqts daha çox gənc futbolçuları sınaqdan keçirib. Təsadüfi deyil ki, alman çalışdırıcı matç öncəsi heyətdə islahatlar aparıb, 5 təcrübəli futbolçunu Bakıya göndərmişdi. Əvəzində isə Duysburqda təlim-məşq toplanışında olan 21 yaşlılardan ibarət yığmamızın 4 üzvünü oyuna çağırmışdı.

Oyuna gəlincə, 4 gün əvvəl Tiranada Albaniya üzərində qazanılan qələbədən fərqli, komandamız bu dəfə meydanı məğlub tərk edib. “Berlin Union” ilk yarıda vurduğu qol sayəsində millimiz üzərində 1:0 hesablı qələbə qazanıb.

Yoldaşlıq görüşü

15 noyabr

“UNİON BERLİN” (ALMANİYA) – AZƏRBAYCAN - 1:0
Qol: Mosquera, 33
Berlin. “Union” stadionu.
Hakimlər: Feliks Zvayer, Stefan Lupp, Lasse Koslovski (Almaniya)
“Union Berlin”: Yan Qlinker, Kristian Ştruff, Mats Pfertsel, Patrik Kolmann, Markus Karl, Yahn-Yayro Mosquera, Patrik Zoundi, Torsten Mattuşka, Moris Trapp, Ginedu Ede, Mihael Parensen.
Azərbaycan: Andrey Popoviç, Ufuk Budak, Elnur Allahverdiyev, Ruslan Abışov, Vurğun Hüseynov, Badavi Hüseynov, Arif İsayev, Rahid Əmirquliyev, Murad Hüseynov, Rəşad Sadiqov, Əfran İsmayılov.
Ehtiyat oyunçular: Aqil Məmmədov, Aleksandr Çertoqanov, Amit Quluzadə, Cihan Özkara, Nizami Hacıyev, Vüqar Nadirov, Rauf Əliyev, Rizvan Umarov.

------
Oyunu izləmək üçün stadiona təxminən 2 min azarkeş toplaşıb.
Qarşılaşma başladı.
Komandalar ilk dəqiqədən ehtiyatlı oynamağa çalışırlar.
Almanların ilk hücumu. Qapımız qarşısında təhlükəni Popoviç sovuşdurur.
Andrey Moskuera zərbəsini tutur.
Komandamız da hücuma atılır. Amma almanların müdafiəsini keçmək mümkün olmadı.
Mosquera yenidən qapımıza yol axtarır. Popoviç səhvsiz oynayır.
Qapımız qarşısında nöbvəti təhlükəli vəziyyət. Abuşov almanların hücumunun qarşısını alır.
Yığmamızın hücumu yenə məntiqi sonluğa çatmır. Əfran topu itirir.
Rahidin zərbəsini qapıçı tutur.
Rəqib Allahverdiyevin qarşısını kobudluqla alır.
Meydan sahiblərinin növbəti hücumu. Futbolçularımız səhvsiz oynayırlar. əvəzində Ufuka qarşı kobudluq edilir.
Komandamız hesabı açmağa yaxın olur. Ancaq Əfranın zərbəsinin qapıçı çətinliklə dəf edir.
Meydanın mərkəzində Vurğuna qarşı kobud oynayırlar.
Almanlar hesabı açır - 1:0
33-cü dəqiqədə Mosquera fərqlənir.

Tribunalara artıq 4 minədək azarkeş var.
Əfran yenə “çərçivə”yə düşə bilmir.
Hakim ilk yarının başa çatdığını bildirir

Qarşılamanı ölkəmizin Almaniyadakı səfiri Pərviz Şahbazov və ailəsi, eləcə də Auditorlar Palatasının sədri Vahid Novruzov da izləyir.

İkinci hissə başladı
Rəşad Sadiqovu Cihan Özkara, Murad Hüseynovu Rizvan Umarov əvəzləyir.
“Union Berlin”də isə Yan Qlinkeri Marsel Höttek, Kristian Ştuffu Kristof Mens, Patrik Kolmanı Bone Uaferro, Maskueranı Steven Skrjbski, Mattuşkanı Silvio, Mixael Parenseni isə Kristofer Quirinq əvəzləyir.
Cihan qapıçı ilə təkbətək çıxsa da, qolkiper yaxşı oynadı.
Əfran yenə şansını qaçırır.
Almanların 2 futbolçusu qapıçımızla təkbətək çıxsa da, Popoviç qola imkan vermir.
Arif İsayevin əvəzinə meydana Vüqar Nadirov çıxır.
Rəqibin heyətində növbəti dəyişikliklər: Pfertseli Yerom Polen, Karlı Filip Malinovski, Edeni isə Halil Savran əvəzləyir.
Əmirquliyevin zərbəsi komandamıza korner qazandırır.
Əfran bu dəfə də qapıya dəqiq zərbə vura bilmir.
Vurğun Amit Quluzadə ilə əvəzlənir.
Abışovun zərbəsi qeyri-dəqiq alındı.
Ruslan “Berlin”in hücumunun qarşısını alır.
Qapıçı Nadirovun qol vurmasına imkan vermir.
Əfran Rauf Əliyevlə əvəzlənir.

Oyun başa çatdı

Onlaynın gedişində saytımıza göstərdiyi köməyə görə, AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğluya təşəkkür edirik.