Daha 4 komanda Avro-2012-də!
16.11.2011 - 02:49
Bu gün Avro-2012-in pley-off mərhələsinin cavab oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, gələn il Ukrayna və Polşada keçiriləcək final mərhələsinin son 4 iştirakçısı müəyyənləşib. Gözlənildiyi kimi, hələ ilk oyunda qazandıqları böyük hesablı qələbələrlə vəsiqəni təmin edən Xorvatiya və İrlandiya yığmalarının evdəki cavab matçları formal xarakter daşıyıb. Onlar Türkiyə və Estoniya milləri ilə öz meydanlarındakı oyunlarda heç-heçəyə razılaşıblar.
Çernoqoriya ilə Çexiyanın Podqoritsadakı görüşü gərgin mübarizə şəraitində keçib. Qol imkanlarını boşa verən meydan sahibləri sonda buraxdıqları qolla yenə uduzdular. Lissabondakı matçda isə azarkeşlər əsl qol şousunun şahidi olub. Günə yekun vuran Portuqaliya ilə Bosniya və Herseqovinanın görüşü ilk 3 matçı məhsuldarlığına görə kölgədə qoyub. Təsadüfi deyil ki, tamaşaçılar düz 8 qol izləyiblər. Bosniyalılar oyunun gedişində 2 dəfə hesab arasındakı fərqi minimuma kimi azaltsalar da, bundan artığına gücü çatmayıb.
Qeyd edək ki, final mərhələsinin 16 iştirakçısı Ukrayna, Polşa, Xorvatiya, Çexiya, İrlandiya, Portuqaliya, Almaniya, Rusiya, İngiltərə, Yunanıstan, Danimarka, Hollandiya, Fransa, İspaniya, İsveç, İtaliyadır.
15 noyabr
Xorvatiya – Türkiyə - 0:0
İlk oyun – 3:0
Çernoqoriya – Çexiya - 0:1
Petr Jiracek, 81
İlk oyun – 0:2
İrlandiya – Estoniya - 1:1
Stephen Vard, 34 - Konstantin Vasilyev, 54
İlk oyun – 4:0
Portuqaliya – Bosniya və Herseqovina - 6:2
Kriştianu Ronaldo, 8; 53; Nani, 24; Helder Postiga, 77; 82; Miguel Veloso, 80 - Zvezdan Misimoviç, 45 (p); Haris Medunjanin, 65
İlk oyun – 0:0

0
0