Hollandiya darmadağınla üzləşdi, İtaliya uduzdu
16.11.2011 - 03:03
Hollandiya darmadağınla üzləşdi, İtaliya uduzdu
Bu gün beynəlxalq yoldaşlıq görüşləri keçirilib. Apasport.az saytının məlumatına görə, Avro-2012-in final mərhələsinə qrup qalibləri kimi çıxan Almaniya və Hollandiya yığmalarının Hamburqdakı görüşü meydan sahiblərinin böyük hesablı qələbəsi ilə nəticələnib. Bununla da almanlar güclü rəqiblərdən biri üzərində inamlı qələbə qazanmaqla, Avro-2012-i qazanmağa əsas namizəd olduqlarını bir daha sübut etdilər.

Əvəzində son dünya və Avropa çempionu olan İspaniya yığması 4 gündə keçirdiyi hər 2 oyunda qələbə üzündə həsrət qalıb. İngiltərə yığmasına minimal hesabla uduzandan sonra Kosta-Rika millisinin qonağı olan ispanlar axır 7 dəqiqədə vurduğu 2 qolla məğlubiyyətdən qaça biliblər. İtaliya yığmasının Cənubi Amerikanın son çempionu olan Uruqvay millisinə evdə uduzmağı da günün gözlənilməz nəticələrindən oldu.


15 noyabr

Makedoniya - Albaniya - 0:0
Belarus - Liviya - 1:1
Nigeriya - Zambiya - 2:0
Qana - Qabon 2:1
Sloveniya - ABŞ - 2:3
Ukrayna - Avstriya - 2:1
Danimarka - Finlandiya - 2:1
Lüksemburq - İsveçrə - 0:1
Yunanıstan - Rumıniya - 1:3
Georgios Karagounis, 34 - Gabriel Torje, 16; Kristian Tanase, 61
Polşa - Macarıstan - 2:1
Pavel Brozek, 36; Vilmos Vanczak, 86 (avtoqol) - Tamas Priskin, 79
Almaniya - Hollandiya - 3:0
Mario Qomes, 15; Miroslav Kloze, 26; Məsut Özil, 66
İtaliya - Uruqvay - 0:1
Fernandes, 3
İngiltərə - İsveç - 1:0
Garet Barri, 22
Fransa - Belçika - 0:0
Kosta-Rika - İspaniya - 2:2
Randal Brenes, 31; Joel Kampbell, 41 - David Silva, 83; David Vilya, 90
0