Berti Foqts: Məni Türkiyə deyil, Azərbaycan millisi maraqlandırır
15.11.2011 - 11:30
Berti Foqts: Məni Türkiyə deyil, Azərbaycan millisi maraqlandırır
Azərbaycan millisinin baş məşqçisi Berti Foqts Türkiyə yığmasını çalışdırmaq variantı ilə bağlı yayılan söz-söhbətlərə münasibət bildirib. Apasport.az saytının məlumatına görə, bu gün Almaniyanın “Union-Berlin” klubu ilə görüşəcək yığmamızın çalışdırıcısı matç öncəsi Türkiyə haqda fikirləşmədiyini açıqlayıb.

65 yaşlı mütəxəssis hazırda bütün fikrini millimizə yönəltdiyini bildirib: “Türkiyə yığmasını çalışdırmaq həvəsi ilə alışıb-yanmıram. Müqavilə ilə Azərbaycan yığmasına bağlıyam və başqa şey haqda danışmaq istəmirəm. İndi məni bu şayiələr deyil, Azərbaycan yığmasının qarşıdakı oyunu maraqlandırır. “Union-Berlin”lə görüşdə bir sıra gənc oyunçularıma baxmaq istəyirəm. Onların beynəlxalq səviyyəli görüşdə necə təsir bağışlayacağı maraqlıdır. Almaniyaya çoxlu gənc futbolçu gətirmişik. Onların hamısına da şans verib sınayacağam”.